Sabah İspaniya kubokunda "Espanyol"la qarşılaşacaq olan "Real" ciddi itki ilə üzləşib.
Komandanın aparıcı üzvü Qaret Beyl zədələnib. Çempionat oyununda "Qranada" ilə (2:0) matçda zədə alan uelsli futbolçunun müayinədən sonra qısa müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Komandanın son məşqinə qatılmayan yarımmüdafiəçinin "Espanyol"la oyunda meydana çıxacağı gözlənilmir.