18 Oktyabr 2024
Dünya futbolu

“Real”a braziliyalı hücumçudan şad xəbər

Vinisius İspaniya Superkubokunda “Atletiko”ya qarşı keçiriləcək matçda iştirak edə bilər

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı braziliyalının gələn il yanvarın 10-da keçiriləcək İspaniya Superkubokunun yarımfinal oyununa qədər sağalacağı gözlənir.

Noyabrda Vinisiusun bud əzələsinin yırtılması diaqnozu qoyulub. O, 2026-cı il dünya çempionatının seçmə turniri çərçivəsində Braziliya millisinin heyətində Kolumbiya ilə oyunda (1:2) zədələnib.

Onun 2,5 aya yaxın sıradan çıxdığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43