Madridin “Real” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun son məşqi zamanı Fabio Koentrao zədələnərək sıradan çıxıb. Portuqaliyalı müdafiəçinin azı 1 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Qeyd edək ki, zədə səbəbindən Serxio Ramos, Sami Xedira və Hames Rodriges “Real”a kömək edə bilmir.