Kilian Mbappe “Real”da sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı azarkeşlər arasında keçirilən sorğuda hər kəsi qabaqlayıb. Mbappe ötən ay Madrid klubunda 5 oyuna çıxıb və 6 qol vurub.
Ulduz futbolçu son günlər zorlamada ittiham olunur. O, məhkəmə tərəfindən təqsirli bilinərsə, 6 ilədək həbs cəzası ala bilər.