23 Oktyabr 2024
Dünya futbolu

“Real”da “Barselona” oyunu öncəsi ciddi itkilər

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turunun Dortmund “Borussiya”sı ilə oyununda (5:2) zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun “Barselona” görüşündə oynaya bilməycəyini vurğulanıb. “Borussiya” ilə oyunda əzələsi zədələnən braziliyalı hücumçu Rodriqonun matçda iştirakı da sual altındadır.

İspaniya çempionatının 11-ci turu çərçivəsində oktyabrın 26-da “Real” – “Barselona” oyunu keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43