“Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının 4-cü turunun “Milan”la matçında ayağından zədə alıb. 24 yaşlı oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Çuameni bu mövsüm “Real”ın heyətində 15 rəsmi matçda meydana çıxıb.