27 Fevral 2025
Dünya futbolu

“Real”da ciddi itki

“Real” klubunun yarımmüdafiəçisi Dani Sebalyos sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ayağından zədə alıb. Onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Real” Dani Sebalyosu 2017-ci ilin yayında “Betis”dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43