“Real”ın yarımmüdafiəçisi Jud Bellingem cümə günü məşq zamanı zədələnib
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ingiltərəli futbolçunun sağ ayağında problem yaranıb. Bellingemin sentyabrın ortalarına qədər yaşıl meydanlardan kənar qalacağı bildirilir.
“Real” mövsümün ilk ev matçını bazar günü “Valyadolid”lə keçirəcək. Bu mövsüm yarımmüdafiəçi 2 oyun keçirib və bir məhsuldar ötürmə edib.