Dünya futbolu

“Real”da dava: “Pulumu verin, gedirəm”

Çempionlar Liqasının 1/8 final mərhələsində Hollandiyanın “Ayaks” klubuna məğlub olaraq mübarizəni dayandıran “Real”da vəziyyət gərginləşir.

Amsterdam təmsilçisi ilə oyundan sonra komandanın kapitanı Serxio Ramos və prezident Florentino Peres arasında dava düşüb.

Oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq, futbolçulara ağır sözlər  deyib. Bu zaman kapitan Serxio Ramos komanda yoldaşlarını müdafiə edərək “Bunun tək günahkarı biz deyilik. Yayda forvard alacağıq dedin, amma almadın. Günah səndə və sənin yaxın adamlarındadır” deyib.

Bu zaman Florentino Peres Serxio Ramos komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: “Müqaviləmin qadan müddətdəki maaşımı verin, bu dəqiqə gedirəm”.

Kapitan və futbolçunun olduqca yüksək səslə mübahisə etdiyi, bir-birini hədələdiyi deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43