“Real”ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu tam hazır vəziyyətdədi. O, komanda ilə birgə məşqlərdə iştirak edir.
Kurtua İspaniya La Liqasının 12-ci turunda “Valensiya” ilə görüşdə meydana çıxa bilər.
Xatırladaq ki, belçikalı Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund) ilə matçında zədələnib.