Eden Hazard daha bir mövsüm “Real”da qalmaq istədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, yerli mətbuata danışan belçikalı oyunçu özünü sübut etmək niyyətindədir. O, bir il daha Madird təmsilçisində olmaq istədiyini açıqlayıb:
“Qalmaq istərdim. Mən həmişə demişəm, oynamaq istəyirəm. Səbirsizliklə gözlədiyim tək şey hələ də futbol oynaya biləcəyimi sübut etməkdir. Mənə qarşı insanlarda şübhə var, bu normaldır. Mən çox yaxşı başa düşürəm. Gələn il də burada qalacağımı düşünürəm. Transferim gündəmdə deyil.
Fikrimi dəyişdirməyə nə vadar edə bilər? Bilmirəm. Ancaq “Real”da qalsam, faydalı olacağıma inanıram. Bunu hiss edirəm. Kiçik bir töhfə versəm, insanlar mənə yenidən inanacaqlar. Sadəcə bir neçə dəqiqə oynamalıyam.
Dünya çempionatında 2-3 martç oynadım və əlavə etdim. Mənə lazım olan budur. Demirəm ki, üç aylıq yoxluqdan sonra oynayacağam və beş qol vuracam. Xeyr, mənə zaman lazımdır, “Real”da isə vaxt yoxdur”.