Dünya futbolu

“Real”dan ayrılan futbolçu ərəblərlə anlaşdı – RƏSMİ

“Real”la yollarını ayıran Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi “Əl Kadisiya” klubu ilə anlaşıb. Futbolçu yeni komandasına azad agent kimi qoşulub. Sözləşmənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu yeni 6 nömrəli formanı geyinəcək.

Karyerası ərzində yalnız “Real”də çıxış etmiş müdafiəçi UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.

Naço Fernandes Madrid klubunda keçirdiyi 364 rəsmi oyunda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43