İspaniyanın “Real” klubu PSJ-də çıxış edən Neymarı sıralarına qatmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun prezidenti Florentino Peres şəxsən özü braziliyalı oyunçunu komandasında görmək istəyir. Hətta “kral klubu” Neymarın qarşılığında Paris təmsilçisinə Kərim Benzemanı verərək, 120 milyon avro ödəməyə də hazır olduğunu bildirib.