Kateqoriyasız

“Real”dan təklif aldığımı xatırlayıram” – Neymar

“Başqa klubların mənimlə maraqlandığımdan xəbərim var idi. Amma “Barselona”ya keçmək arzum idi. 2013-cü ildə “Santos”u tərk edib “Barselona”ya getməyə qərar verdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri PSJ-nin hücumçusu “Mundo Deportivo” nəşrinə müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib:

Uşaqlıqdan “Barselona”da oynamaq arzusunda idim. Mən həmişə ürəyimə qulaq asıram. “Real”dan təklif aldığımı xatırlayıram. Amma digər variantları xatırlamıram. Son anda “Real” və “Barselona” arasında seçim etməli oldum, amma ürəyimi dinlədim və Barselonanı seçdim”.

Neymar 2013-2017-ci illərdə “Barselona”da oynayıb. O, 2017-ci ildə 222 milyon avroya PSJ-yə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43