08 Oktyabr 2024
Dünya futbolu

“Real”ı 15 dəqiqə sonra meydanda gördük” – Benzema

Kərim Benzema “Real”ın “Liverpul” üzərindəki 5:2 hesablı qələbəsini şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, farnsalı futbolçu komandasının yaxşı çıxış etdiyini bildirib. O, rəqib azarkeşlərə də təşəkkür edib:

“Bizim üçün çox yaxşı bir gecə idi. Bu görüşü fəxri prezidentimiz Amansioya həsr etmək istəyirəm. Bu qələbə onun üçündür. Hər kəs üçün baxımlı oyun sərgilədəyimizi düşünürəm. Görüşə olduqca pis başladıq. Azarkeşlərin “Liverpul”u necə dəstəklədiyini bildirdik. Bu, onların çıxışına da təsir edəcəkdi.

“Real”ı 15 dəqiqə sonra meydanda gördük. Alqışlar üçün rəqib komandanın azarkeşlərinə minnətdaram. Bizi sona qədər dəstəkləyən tərəfdarlarımız da sağ olsunlar. Onlar bizim 12-ci oyunçumuzdur.

Bu mövsüm çox oynamadım, amma qol və ötürmələrlə komandaya kömək etməliyəm. Zədədən sonra yüksək səviyyəyə çatmaq həmişə çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43