20 Oktyabr 2024
Dünya futbolu

“Real”ın futbolçuları Ançelottindən narazıdır

“Real”ın bir neçə futbolçusu baş məşqçi Karlo Ançelottidən narazıdır.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, futbolçular oyun vaxtının azalmasından məmnun deyillər.

Eyni zamanda, Ançelotti onların klubdakı gələcəkləri ilə bağlı dəqiq cavab verə bilmir.

Xüsusilə, Luka Modriç, Arda Gülər, Naço Fernandes, Niko Pas və Kepa Arrizabalaqanın baş məşqçinin qərarlarından narazı olduqları bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43