19 Sentyabr 2024
Dünya futbolu

“Real”ın futbolçusu ağır zədə aldı

“Real”ın mətbuat xidməti hücumameyilli yarımmüdafiəçi Brahim Diasın zədələndiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi La Liqanın 5-ci turunda “Real Sosyedad”a qarşı oyunda (2:0) sıradan çıxıb. Matçın 25-ci dəqiqəsində Dias Rodriqo ilə əvəzlənib.

“Marca” yazır ki, futbolçunun sağalması üç ay çəkə bilər.

Cari mövsümdə Dias İspaniya çempionatında 5 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43