Portuqaliya millisinin futbolçusu Fabio Koentrao üçün dünya çempionatı başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, Almaniya ilə oyunda zədələnən “Real”ın futbolçusu təkrar müayinədən keçib. Həkimlər Koentraonun zədəsinin ciddi olduğunu və bundan sonrakı görüşlərdə iştirak edə bilməyəcəyini açıqlayıblar.
Artıq bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı da azarkeşlərlə bu məlumatı bölüşüb.