18 Oktyabr 2024
Dünya futbolu

“Real”ın Haland planı bəlli oldu

“Real” Kilian Mbappeni transfer etməsə, yayda “Mançester Siti”nin hücumçusu Erlinq Halandı almağa çalışacaq.

İdmanxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hətta hər iki futbolçu da klubun yeni oyunçusu ola bilər. Halandın müqaviləsində sərbəst qalma maddəsi var və İngiltərədə olmayan klublar üçün bu məbləğ 100 milyon avroya yaxındır.

23 yaşlı Haland 2023/24 mövsümündə “Mançester Siti”nin heyətində 22 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43