21 Sentyabr 2024
Dünya futbolu

“Real”ın hücumçusu Messi barədə suala belə cavab verdi

“Real”In hücumçusu Rodriqo Lionel Messi ilə münaqişəsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya -Argentina matçında baş verənlərlərə bağlı bunları deyib:

“Messi? Onun haqqında danışa bilmərəm. Niyə? Çüni klubum bun icazə vermir” – deyə, Rodriqo bildirib.

Dünya çempionatı seçmə mərəhləsi çərçivəsində keçirilən matçda tərəflər arasında gərginlik yaşanmışdı. Həmin davada Rodriqo Argentina millisini qorxaq adlandırıb. Messi isə “biz dünya çempionuyuq. Niyə qorxmalıyıq?” cavabını verib.

Rio-de-Janeyrodakı “Marakana”da keçirilən oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43