22 Oktyabr 2024
Kateqoriyasız

“Real”ın hücumçusu Premyer Liqaya gedir

“Real”ın hücumçusu Eden Azar qış transfer pəncərəsində Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Nyukasl” Belçika millisinin liderinə elçi düşüb. Komanda 31 yaşlı forvardın keçidi müqabilində “kral klubu”na 20 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Eden Azar “Real”ın heyətində ümumilikdə 72 oyunda forma geyinib, 7 qol vurub, 11 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43