“Real”ın hücumçusu Xuanmi Latasa “Valyadolid”ə keçib.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı ispaniyalı ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. “Transfermarkt” portalı sövdələşməni 2,5 milyon avro dəyərində qiymətləndirib.
Latasa bundan əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirib. Hücumçu klubda 57 oyun keçirib və 7 qol vurub.