05 Fevral 2025
Dünya futbolu

“Real”ın istədiyi futbolçu müqavilə bağladı

“Bavariya” futbolçuu Alfonso Deyvisin sözləşmə müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Oyunçunun adı bir müddətsi “Real”la hallanırdı.

Kanada millisinin üzvü olan 24 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43