UEFA Çempionlar Liqasının qalibi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, həlledici matçda “Real” “Borussiya” ilə qarşılaşıb. Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb – 2:0.
İspaniya təmsilçisinin qalibiyyəti ölkəmizi növbəti mövsüm Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” üçün də faydalı olub.
Belə ki, Ağdam klubu “Real” kuboku qazandığı üçün ÇL-də mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.