“Real”ın sabiq qapıçısı Dieqo Lopez karyerasını bitirmək qərarına gəlib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı qolkiper 42 yaşında futboldan getməyə qərar verib.
Lopez 2013-cü ildə “Sevilya”dan “Real”a keçib və Joze Mourinyonun rəhbərliyi altında İker Kasilyası əvəzləyib. Qapıçı 2013/2014 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Lopez karyerası ərzində “Milan”, “Vilyarreal”, “Espanyol” və “Rayo Valyekano”da da çıxış edib.
Qapıçı 2009-cu ildə İspaniya millisində bir oyun keçirib.