09 Sentyabr 2024
Dünya futbolu

“Real”ın sabiq qapıçısının İtaliya klubuna keçidi alınmadı

“Real”ın və PSJ-nin keçmiş qapıçısı Keylor Navas İtaliya klubu “Monza”ya keçməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, kub oyunçu barədə müsbət qərar verərsə də, danışıqların son mərhələsində sövdələşmə baş tutmayıb.

Bildirilir ki, “Monza” bundan sonra azad agent olan “Roma”nın keçmiş qapıçısı Rui Patrisionun transferinə diqqət yetirəcək.

Navas bu yay PSJ-dən ayrılıb. Qapıçı əvvəllər “Nottingem Forest”, “Real”, “Levante”, “Albasete” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43