06 Fevral 2025
Dünya futbolu

“Real”ın sabiq üzvü karyerasını bitirdi

“Real”ın sabiq futbolçusu Marselo karyerasını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya yığmasının keçmiş oyunçusu bu barədə özü sosial şəbəkə hesabından paylaşım edib. Marselo artıq futboldan getmək vaxtının olduğunu bildirib.

Marselo son klubu Braziliyanın “Fluminense” komandası olub.

Qeyd edək ki, 2007-2022-ci illərdə “Real”da oynayan Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub. 2006-2018-ci illərdə Braziliya millisində çıxış edən futbolçu 58 oyunda 6 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43