05 Fevral 2025
Dünya futbolu

“Real”ın ulduzları sıradan çıxdı

“Real”ın futbolçuları Kilian Mbappe və Cud Bellingem sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, zədəli olan futbolçular İspaniya Kubokunun 1/4 final mərhələsində “Leqanes”lə oyunda iştirak etməyəcəklər. Onların yaşıl meydanlara nə vaxt qayıdacaqları ilə bağlı məlumat verilməyib.

“Leqanes” – “Real” qarşılaşması fevralın 5-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43