“Qalatasaray”ın ÇL-də Madrid “Real”ına biabırçı şəkildə məğlub olmasının ardından “cim-bom”un çalışdırıcısı Fatih Terim 3 futbolçunun oyunundan narazı qalıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, “aslan”ın baş məşqçisi Riyera, Melo və Engin Baytarın göstərdiyi performansdan narazı qalıb. İlk hissədə artıq top itirən Melo və Enginə əsəbləşən “imperator” ləqəbli çalışdırıcı, mövqeyindən buraxılan səhvlərə görə Riyeranı sözüylə cəzalandırıb.