22 Oktyabr 2024
Kateqoriyasız

Regekampfı “Neftçi”dən qoparmaq istəyirlər

Laurentsiu Regekampf “Neftçi”dən ayrıla bilər.

İdmanxeber.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin “Styaua” klubundan təklif alıb. 47 yaşlı mütəxəssisin isə keçmiş klubunun təklifini rədd etməyəcəyi bildirilir.

Hətta “Styaua”nın “Neftçi”yə Rege üçün müqavilədə nəzərdə tutulan 350 000 avro ödəməyə də hazır olduğu xəbərdə yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43