Ölkə futbolu

Region Liqası: Yarımfinalçılar müəyyənləşdi

AFFA-nın təşkil etdiyi Region Liqasının ikinci pley-off mərhələsinin cavab oyunları keçirilib. Futbol11.az xəbər verir ki, bununla yarımfinalçılar müəyyənləşib.

FC “Baku”, “Şahdağ”, “Uğur” və “Araz Naxçıvan” yoluna davam edib. Artıq yarımfinalda qarşılaşacaq cütlüklər məlumdu.

Pley-off, cavab oyunları

“Uğur” (Sumqayıt) – “Energetik” (Mingəçevir) – 2:0

İlk oyun – 1:3

“Şahdağ” (Qusar) – “Şirvan” (Ağdaş) – 6:0

İlk oyun – 0:0

“Füzuli” – FC “Baku” – 0:1

İlk oyun – 1:1

Yarımfinal:

FC “Baku” – “Şahdağ”

“Uğur” – “Araz Naxçıvan”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43