28 Fevral 2025
Ölkə futbolu

Region Liqasının başlanma tarixi açıqlandı

AFFA Region Liqasının yeni mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Püşkatma mərasimi martın 4-də, AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 14:00-da başlayacaq.

Region Liqasında ilk oyunlar isə martın 8-9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43