"Trabzonspor" klubu baş məşqçisi Mustafa Reşid Akçay ilə yolları ayırıb.
Klub saytına istinadən verdiyimiz xəbərə görə, türkiyəli çalışdırıcı ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, Trabzon təmsilçisi hazırda ölkə çempionatında hazırda 9-cu pillədə qərarlaşıb.