Misli Premyer Liqasının XV turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, 7069 tamaşaçının izlədiyi “Neftçi” – “Qarabağ” görüşüdü. Fanatların böyük maraq göstərdiyi matç mövsümün ən çox azarkeş qeydə alındığı qarşılaşması olub.
“Araz Naxçıvan” – “Turan Tovuz” oyununu isə stadiondan cəmi 200 tərəfdar izləyib. Bu, turun ən əzif göstəricisidi.
Digər matçlarda qeydə alınan azarkeş sayı belədi:
“Sabah” – “Səbail” – 430 (1:0)
“Şamaxı” – “Kəpəz” – 600 (0:1)
“Zirə” – “Sumqayıt” – 500 (4:1)