Dünya futbolu

Renan Alveş “Kəpəz” azarkeşlərinə təşəkkür etdi

Renan Alveş “Kəpəz”dən rəsmən ayrılıb. 24 yaşlı müdafiəçi karyerasını Serbiyada davam etdirəcək. Renan “Voyvodina” klubu ilə 2 illik müqavilə bağlayıb.

Renan Alveş sosial şəbəkə hesabında “Kəpəz” azarkeşlərinə təşəkküür edib:

“Hər kəsə salamlar. “Kəpəz” ailəsinə, komandamızı hər zaman dətstəkləyən azarkeşlərə, klub rəhbərliyinə, məşqçilər heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Hər şey üçün çox sağ olun. Bu bir il ərzində böyük və tarixi olan komandada oynadığım üçün özümü xoşbəxt sayıram. “Kəpəz”ə hər zaman adına yaraşan şəkildə – yüksəklərdə olmasını arzulayıram. Azərbaycanın bir nömrəli azarkeşləri olan “Kəpəz” fanatlarına məni həmişə dəstəklədikləri üçün minnətdaram. Bu komanda hər zaman qəlbimdə yaşayacaq və mən hər zaman “Kəpəz”in azarkeşi olaraq qalacam. Hər şey üçün təşəkkürlər, Kəpəz. Təşəkkürlər, Azərbaycan!”

Qeyd edək ki, Renan Alveş “Kəpəz”ə Portuqaliyanın “Jil-Visente” klubundan gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43