06 Fevral 2025
Dünya futbolu

Renat Dadaşov komandadan uzaqlaşdırıldı

Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Renat Dadaşov əsas komandadan  uzaqlaşdırılıb.

İdmanxeber.az-ın məlumatına görə, millinizin üzvü məşqçilərin birinin rəhbərliyi ilə fərdi hazırlıq edir. Hücumçunun əsas komandadan göndərilmə səbəbi bəlli deyil.

Xatırladaq ki, Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43