Kateqoriyasız

Renat Dadaşov məğlubiyyətə üzüldü, növbəti rəqib “Tottenhem”

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un 23 yaşlılarından ibarət kollektivi “Derbi Kaunti” klubunun həmyaşıdları ilə qarşılaşıb. Görüş “canavarlar”ın yenilgisi ilə başa çatlb – 1:3.

Renat bu görüşdə əsas heyətdə meydana çıxıb və sona kimi meydanda olub.

“Vulverhempton”un növbəti rəqibi “Tottenhem” olacaq. Görüş martın 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43