Kateqoriyasız

Renat Dadaşov növbəti dəfə “Liverpul”a qarşı oynadı

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası İngiltərə Premyer Liqa 2-də növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” evdə “Liverpul”lu həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.

“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43