24 Fevral 2025
Ölkə futbolu

Renat Dadaşov Polşa klubunda

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli hücumçu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacaq. Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub.

“Radomyak”ın baş məşqçisi Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib: 

“İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.

Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43