Kateqoriyasız

Renat Dadaşov qol vurdu, komandası səfərdə xal qazandı – VİDEO

Xəbər verdiyimiz kimi, millimizin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrashoppers” klubunda növbəti qolunu vurub.

İdmanxeber.az xəbər verir ki, forvard Super Liqanın V turunda “Sion”la səfər matçında fərqlənib. 46-cı dəqiqədə meydana çıxan futbolçumuz 63-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, onun İsveçrə çempionatında 3-cü qolu olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

5 turdan sonra 9 xalı olan “Qrashoppers” hazırda liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43