Kateqoriyasız

Renat Dadaşov qol vurdu, komandası yarımfinala yüksəldi

Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə “Riu Ave” ilə qarşılaşıb.

Matçın əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtda meydana sonradan daxil olan Dadaşov komandasına qələbə qazandıran qolu vurub.

Bununlada komanda adını yarımfinala yazdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43