27 Sentyabr 2023
Kateqoriyasız

Renat Dadaşov “Tottenhem”lə oyunda şou göstərdi – DUBL ETDİ

İngiltərə Premyer Liqa birinci divizionunda növbəti oyunlar keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Tottenhem”lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Renat Dadaşov bu matçda əsas heyətdə meydana çıxıb və komandasının hər iki qolunun müəllifi olub. O, görüşün 77-ci dəqiqəsində penaltidən fərqlənib. Daha sonra 85-ci dəqiqədə fərqi minimuma endiryi bacarıb.  Ümumilikdə oyunu yüksək səviyyədə keçirən futbolçumuz meydanda ən yaxşılardan olub.

Bu məğlubiyyətdəb sonra “Vulverhempton” 11 xalla 12-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43