21 Fevral 2025
Ölkə futbolu

Renat Dadaşov Türkiyə klubundan ayrıldı

Millimizin üzvü Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər qarşılıqlı razılığı əsasında müqavilənin ləğvinə qərar verib. Futbolçu ötən ay 1-ci liqa təmsilçisinin əsas komandasından kənarlaşdırılmışdı.

26 yaşlı hücumçu 2024-cü ilin avqustundan Ankara klubunda çıxış edirdi. O, bu mövsüm komandada 17 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43