Türkiyə birinci liqasında 19-cu turunda milli komandamızın üzvləri Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”la üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Ankara təmsilçisi görüşdən məğlub ayrılıb (0:1).
Dadaşov oyunun 72-ci dəqiqəsində meydana daxil olub, Nəzərlinin adı iştirak ərizəsinə daxil edilsə də, oynamayıb.“Ankaragücü” 27 xalla 8-ci pillədədir.