Türkiyə Süperliqasında 22-ci turun ilk oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” “Alanyaspor”u qəbul edib. Süperliqada sonuncu dəfə “Qalatasaray”ı məğlub edən Anadolu klubu yenə qələbəyə həsrət qalıb. Görüş bərabərliklə başa çatıb – 1:1
Ardıcıl 10-cu oyundur qalib gələ bilməyən “Hatayspor” 22 xala 14-cu yeri tutur. “Alanyaspor” isə 26 xalla 12-ci yerdədir.
Qarşılaşmaya start heyətində başlayan Renat isə 79 meydanda olub və yenə fərqlənə bilməyib. O, sonuncu dəfə noyabrın 25-i “İstanbulspor”un qapısına yol tapa bilib.