Dünya futbolu

Renat Dadaşov “Vulverhempton”un əsas komandasında

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunun əsas komandasında məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, zədəsini tam sağaldan 22 yaşlı futbolçumuzla yanaşı bir neçə digər gənc oyunçu da əsas komandaya cəlb olunub.

Bu qərar bəzi futbolçuların əsas millilərinə çağırılması səbəbindən verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43