Kateqoriyasız

Renat Dadaşov “Yanq Boyz”a qol vurdu, komandasını məğlubiyyətdən qurtardı

İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Qrashopper” səfərdə “Yanq Boyz”la qarşılaşıb. Oyun heç-heçə başa çatıb – 1:1.

Oyunun ikinci yarışında meydana çixan Dadaşov yeni komandasında qol hesabını açıb və klubuna 1 xal qazandırıb.

Ehtiyatında 1 oyun olan “Qrashopper” 2 oyundan sonra 4 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43