İsveçrə Super Liqasında 16-cı turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Qrasshopper” öz meydanında “Bazel”lə qarşılaşır. Oyunda ilk hissədən sonra meydan sahibləri 1:0 hesabı ilə öndədi. Start heyətində meydana çıxan Renat Dadaşov 34-cü dəqiqədə komandasını hesabda irəli çıxarıb.
Hazırda matçda ikinci hissə oynanılır.