Kateqoriyasız

Renat Dadaşovdan İsveçrədə növbəti qol

İsveçrə Super Liqasının birinci turundan təxirə salınmış görüşdə Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrashoppers” klubu səfərdə “Luzern”lə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi sona çatan görüşdə hesabda 1:1-dir. Qonaqların qolunu yığmamızın oyunçusu Renat Dadaşov vurub.

O, görüşün 38-ci dəqiqəsində adını tabloya yazdırmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43