Kateqoriyasız

Renat Dadaşovlu “Tondela”dan darmadağın

Portuqaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə,millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat bu görüşün 79-cu dəqiqəsində meydana daxil olub.

Bu komandalar arasındakı cavab qarşılaşması aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43